Türkiyə Prezidenti İlham Əliyevə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Türkiyə Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

17:18 - 29 / 03 / 2025
Türkiyə Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Ramazan bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.

İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram".

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər