BDU tələbəsi kapoeyra üzrə Avropa çempionu olub

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbəsi Xədicə Zeynallı Almaniyanın Münxen şəhərində keçirilən “Bimba Open Europe” beynəlxalq kapoeyra turnirində qadınlar arasında “Amadora Feminino” kateqoriyasında I yerə layiq görülərək, Avropa çempionu adını qazanıb.
Bu barədə 1news.az-a BDU-dan bildirilib.
Qeyd edək ki, o, 2024-cü ilin iyun ayında Macarıstanın paytaxtı Budapeştdə keçirilən kapoeyra üzrə Avropa çempionatında bürünc medal, oktyabr ayında Bakıda keçirilən Solo Kapoeyra üzrə Bakı Turnirində “Peşəkar qızlar” kateqoriyasında gümüş medal qazanıb.
124