Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib

10:44 - 08 / 04 / 2025
Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib.

1news.az xəbər verir ki, nazirliyin "X" sosial media hesabında qeyd edilib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür.

"1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 32 nəfər isə amansızlıqla qətlə yetirilib. Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq. Allah rəhmət eləsin!", - paylaşımda vurğulanıb.

Paylaş:
167

Son xəbərlər

Bütün xəbərlər