Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib

Qafar Ağayev13:28 - 14 / 04 / 2025
Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib

Cari ilin birinci rübü ərzində respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,48 faiz və ya 0,4 milyon ton azdır.

Energetika Nazirliyindən 1news.az-a bildirilib ki, hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin mart ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton (580 min barrel) olub. Bunun 62,6 min tonunu (462 min barrel) xam neft, 14,3 min tonunu (118 min barrel) kondensat təşkil edib.

Rüb ərzində neftin emalı 0,9 faiz azalaraq 1,4 milyon ton təşkil edib.

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər