Ötən il 4743 məktəbdə monitorinq keçirib, işdən çıxarılanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il 4743 məktəbdə monitorinq keçirib, işdən çıxarılanlar var

Qafar Ağayev17:54 - 15 / 04 / 2025
Ötən il 4743 məktəbdə monitorinq keçirib, işdən çıxarılanlar var

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ötən il müxtəlif istiqamətlər üzrə təhsil müəssisələrini əhatə edən 4743 monitorinq keçirib.

Bu barədə 1news.az-a MÜTDA-dan məlumat verilib.

Monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət, 34 direktora isə xəbərdarlıq elan edilib.

Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Bu həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər