İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev10:43 - 15 / 04 / 2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprelin 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər