Gürcüstan Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Qafar Ağayev10:43 - 16 / 04 / 2025
Gürcüstan Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

1news.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Paylaş:
293

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər