Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə hərtərəfli Yol Xəritəsi qəbul edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə hərtərəfli Yol Xəritəsi qəbul edilib

Qafar Ağayev17:48 - Bu gün
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə hərtərəfli Yol Xəritəsi qəbul edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Küveyt Hökumətləri arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasında iştirak və çıxış edib.

1news.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

C.Bayramov çıxışında iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat əlaqələri və logistika kimi əsas sektorlar üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əsaslı potensialı vurğulayıb..

Azərbaycanın Küveyt Dövləti ilə əlaqələrin dərinləşdirilməsinə və ümumi prioritetlərin real, uzunmüddətli nailiyyətlərə çevrilməsinə sarsılmaz sadiqliyi qeyd edilib.

İclas Birgə Komissiya Protokolunun və ona Əlavənin – 2025-2027-ci illər üçün Əməkdaşlıq üzrə hərtərəfli Yol Xəritəsinin qəbulu ilə yekunlaşıb.

Öz növbəsində, C.Bayramov da "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Əməkdaşlıq üzrə Yol Xəritəsi - ticarət və investisiya, enerji, rəqəmsallaşma, nəqliyyat və logistika, ərzaq təhlükəsizliyi, turizm, mədəniyyət və digərlər sahələrdə kiçik və orta müəssisələrin (KOB) inkişafı da daxil olmaqla, qarşılıqlı maraq doğuran əsas sahələrdə gələcək əməkdaşlıq üçün aydın və iddialı çərçivə təqdim edir.

"Biz bu təşəbbüslərin real nəticələrini gözləyirik", - o bildirib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər