Apreldə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
ANAMA-dan 1news.az-a verilən məlumata görə, azad olunan ərazilərdə aprel ayı ərzində 79 tank əleyhinə mina, 302 piyada əleyhinə mina, 3047 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 6365.7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
87