Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb

Qafar Ağayev14:44 - 06 / 05 / 2025
Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb

Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 403 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

1news.az XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz çoxdur.

Təkcə aprel ayında 245 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,2 faiz daha çoxdur.

2024-cü ildə dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.

Paylaş:
133

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər