17 azərbaycanlı Almaniyadan geri qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

17 azərbaycanlı Almaniyadan geri qəbul edilib

Qafar Ağayev11:12 - 07 / 05 / 2025
17 azərbaycanlı Almaniyadan geri qəbul edilib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 6 may 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə 1news.az-a Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

"Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir", - məlumatda qeyd olunub.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər