Türkiyəli müğənni İlhan Şeşen vəfat edib

Türkiyəli məşhur ifaçı İlhan Şeşen vəfat edib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sarılınca Sana”, “Ellerimde Çiçekler” və “Neler Oluyor Bize” kimi sevilən mahnılarla məşhurlaşan müğənni 2023-cü ildən ağciyər xərçəngindən əziyyət çəkirdi.
18 iyun 1948-ci ildə Manisada anadan olmuş İlhan Şeşen Hüquq fakültəsini bitirdikdən sonra 10 il müstəqil vəkil kimi çalışıb. 1968-ci ildə dans musiqisi orkestrlərində müğənnilik etməklə musiqi karyerasına başlayıb və elə həmin il gitara çalmağı öyrənib.
1179