Dövlət Başçısı Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayırıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Başçısı Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayırıb - SƏRƏNCAM

13:43 - 04 / 06 / 2025
Dövlət Başçısı Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayırıb - SƏRƏNCAM

Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2,0 (iki) milyon manat ayrılıb.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş:
188

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər