Çeçenistanda müsəlmanları təhqir edən erməni əsilli iş adamı saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Çeçenistanda müsəlmanları təhqir edən erməni əsilli iş adamı saxlanılıb

14:12 - 04 / 06 / 2025
Çeçenistanda müsəlmanları təhqir edən erməni əsilli iş adamı saxlanılıb

Çeçenistan hakimiyyəti erməni əsilli Areq Samveloviç Şepixinin qaçırılmadığını, saxlanıldığını açıqlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev özünün Teleqram kanalında yazıb ki, Çeçenistan Daxili İşlər Nazirliyi dünən Yaroslavski dəmir yolu vağzalından “Mercedes” markalı avtomobilin yük yerində aparılan Şepixin ilə bağlı araşdırma aparır.

Dudayevin sözlərinə görə, həmin şəxs dəfələrlə etnik təmizləməyə və nasizmə çağırış edib, dini və Allahı təhqir edib, açıq-aşkar ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib.

Yazıda qeyd olunur ki, Şepixinə qarşı Rusiya Cinayət Məcəlləsinin beş maddəsi, o cümlədən nasizmin reabilitasiyası, ekstremist fəaliyyətə çağırışlar, nifrət və ya düşmənçiliyin qızışdırılması, zorlama və Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə düşmənə yardım etmək kimi ittihamlar irəli sürülə bilər.

Dudayev Samveloviçin oğurlanması barədə yazan Telegram kanallarını da onun əməllərinə haqq qazandırdığı üçün cinayət işi ilə hədələyib.

Paylaş:
205

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər