Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında ikinci genişmiqyaslı əsir mübadiləsi həyata keçirilib.
1news az-ın xarici KİV-lərə istinaıdn məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, İstanbuldakı razılaşmalara əsasən, 25 yaşdan aşağı olan Rusiya hərbçilərindən ibarət ilk qrup ölkəyə qaytarılıb.
Ukrayna tərəfi hələlik bu barədə rəsmi açıqlama verməyib.
48