Türkiyədə güclü zəlzələ olub

Türkiyənin Kütahya əyalətinin Simav rayonunda 4.5 bal gücündə zəlzələ baş verib.
1news.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin yerli vaxtla 13:15-də baş verdiyi, yeraltı ocağının 7.71 kilometr dərinlikdə olduğu bildirilir.
Zəlzələ hər hansı fəsadlara yol açmayıb, zərərçəkən yoxdur.
129