Ötən gün polis əməkdaşları tərəfindən 1 tapança və 1 avtomat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün polis əməkdaşları tərəfindən 1 tapança və 1 avtomat aşkarlanıb

Qafar Ağayev10:42 - 10 / 06 / 2025
Ötən gün polis əməkdaşları tərəfindən 1 tapança və 1 avtomat aşkarlanıb

İyunun 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər