“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir.
1news.az xəbər verir ki, fondun dəstəyi ilə Vətən müharibəsi şəhidi Fərid İmran oğlu Zaməddinovun həyat yoldaşı Zeynəb Zaməddinovanın məişət şəraiti yaxşılaşdırılıb. Həmçinin şəhidimizin 3 övladı mütəmadi olaraq fondun təşkil etdiyi layihələrdə iştirak edir.
Xatırladaq ki, F. Zaməddinov Vətən müharibəsinə topçu komandir kimi qatılıb və düşmənin 30-a yaxın tankını məhv edib. O, Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
F. Zaməddinov Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
166