Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

09:39 - 11 / 06 / 2025
Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,5 % artaraq 71,85 ABŞ dolları təşkil edib.

1news.az-ın “Report"a istinadən xəbərinə görə, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,60 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,1 ABŞ dolları və ya 1,58% artaraq 70,60 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər