Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

11:34 - 14 / 06 / 2025
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1.48% artaraq 3 452.80 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,17% artaraq 36.35 ABŞ dolları olub.

Paylaş:
100

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər