İranın daha bir generalı öldürüldü | 1news.az | Xəbərlər
Dünya

İranın daha bir generalı öldürüldü

Qafar Ağayev10:56 - Bu gün
İranın daha bir generalı öldürüldü

İsrail ordusunun gecə saatlarında həyata keçirdiyi hava hücumları nəticəsində İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi, SEPAH generalı Əli Şadmani öldürülüb.

1news.az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun Mətbuat xidməti yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq gecə saatlarında Tehranda yerləşən qərargaha zərbə endirib və nəticədə general Əli Şadmani zərərsizləşdirilib.

Qeyd edək ki, o, cəmi bir neçə gün əvvəl – iyunun 13-də sözügedən vəzifəyə təyin olunmuşdu.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər