İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
1news.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.





107