Azərbaycan neftinin qiyməti 75 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

09:42 - Bu gün
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,79 ABŞ dolları və ya 1,06 artaraq 75,49 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,7 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər