Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

13:56 - 16 / 07 / 2025
Qurbanqulu Berdiməhəmmədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Fəxri xiyabanı ziyarət edib.

1news.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Paylaş:
490

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər