Azərbaycan nefti ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

09:34 - Bu gün
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,7 ABŞ dolları və ya 2,3% azalaraq 72,36 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,06 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər