Baş nazir Somali XİN rəhbəri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir Somali XİN rəhbəri ilə görüşüb

Qafar Ağayev14:10 - 25 / 07 / 2025
Baş nazir Somali XİN rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.

Nazirlər Kabinetindən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan ilə Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Paylaş:
132

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər