Taleh Kazımov bank rəhbərləri ilə strateji prioritetləri müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Taleh Kazımov bank rəhbərləri ilə strateji prioritetləri müzakirə edib

Qafar Ağayev10:28 - Bu gün
Taleh Kazımov bank rəhbərləri ilə strateji prioritetləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bank rəhbərləri ilə görüşüb.

1news.az xəbər verir ki, AMB sədri bu barədə özünün "X" hesabında bildirilib. O bildirilib ki, Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüş keçirilib. Görüş zamanı cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub.

"Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik"- Taleh Kazımov əlavə edib.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər