ABŞ nümayəndə heyəti Putinlə görüş üçün Moskvadadır

ABŞ nümayəndə heyəti Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya çatıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşün əsas məqsədi Ukraynada davam edən müharibənin dayandırılması istiqamətində diplomatik danışıqları davam etdirməkdir.
Nümayəndə heyətinə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edir. Onun başçılıq etdiyi nümayəndə heyətinin bu gün Kremldə Prezident Putinlə görüşü planlaşdırılıb.
Görüşdə Ukraynada atəşkəsin təmin olunması üçün tərəflərin irəli sürdüyü ilkin şərtlərin müzakirə ediləcəyi gözlənilir. ABŞ, fevral 2022-ci ildən bəri davam edən müharibənin sona çatdırılması üçün diplomatik səylərini davam etdirir.
66