Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir

Qafar Ağayev12:05 - Bu gün
Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir

Avqustun 18-də Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı başladı.

1new.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak edir.

Toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər Bələdiyyəsinin Başçısı və Trabzon Valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Günün sonunda Fərid Cəfərov Qızlar Monastrında keçirilən bağlanış mərasimində çıxış edib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər