Azərbaycan nefti bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

09:59 - Bu gün
Azərbaycan nefti bahalaşıb

Ötən həftə (25-31 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 69,49 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,574 dollar və ya 0,83% çoxdur.

1news.az-ın APA-ya istinadən məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 69,74 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 69,3 dollar səviyyəsində olub.

Qeyd edək ki, öncəki həftə (18-24 avqust) Azərbaycan neftinin orta qiyməti 68,916 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər