Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşü olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşü olub - FOTO

Qafar Ağayev12:44 - Bu gün
Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri ilə görüşü olub - FOTO

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

1news.az xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.

Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər