Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

2025-ci il sentyabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 249.4 milyon ABŞ dolları təşkil edib.
1news.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0.52% və ya 58.2 milyon ABŞ dolları çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% və ya 534.1 milyon ABŞ dolları azalıb.
96