Azərbaycan və BƏƏ enerji sahəsində tərəfdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında keçirilmiş görüşdə baş tutub.
Onun sözlərinə görə, görüşdə ölkələr arasında uğurlu tərəfdaşlıq münasibətləri vurğulanıb: "Həyata keçirilən birgə layihələr, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq".
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (@MoIATUAE) Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşdük. Ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərini vurğuladıq. Həyata keçirilən birgə layihələr, #enerji sahəsində tərəfdaşlıq,… pic.twitter.com/wU1VR2rw1W — Mikayil Jabbarov (@MikayilJabbarov) September 4, 2025