Bakı və Abşeronda “brutto müqavilə” sistemi tətbiq ediləcək - AYNA sədri | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Abşeronda “brutto müqavilə” sistemi tətbiq ediləcək - AYNA sədri

11:43 - Bu gün
Bakı və Abşeronda “brutto müqavilə” sistemi tətbiq ediləcək - AYNA sədri

“Bakı şəhərinin inzibati ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin qiymətləndirilməsi həyata keçirilib”.

1news.az xəbər verir k, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

“Qiymətləndirmə nəticəsində müəyyən edilib ki, marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 faizi avtobus şəbəkəsinə çıxışı məhduddur. Marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində avtobusların sayı və hərəkət intervalları yenidən tənzimlənib. Yeni şəbəkə ilə avtobuslara olan tələbatın 2 800 ədəd olacağı gözlənilir”.

Anar Rzayev qeyd edib ki, avtobus parkının yaxın illərdə yenilənməsi və xidmətin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması üçün dayanıqlı maliyyələşdirmə mexanizmi formalaşdırılacaq. Bu məqsədlə “brutto müqavilə” sistemi tətbiq olunacaq. Sistemdə gediş haqqından əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına təmin ediləcək.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər