“McDonald's Azərbaycan” yerli halal mal ətinin istehsal müəssisəsinə mətbuat üçün tur təşkil edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“McDonald's Azərbaycan” yerli halal mal ətinin istehsal müəssisəsinə mətbuat üçün tur təşkil edib - FOTO

11:04 - Bu gün
“McDonald's Azərbaycan” yerli halal mal ətinin istehsal müəssisəsinə mətbuat üçün tur təşkil edib - FOTO

“McDonald's Azərbaycan” şirkəti media nümayəndələri üçün şəbəkənin restoranlarına halal mal əti tədarük edən ixtisaslaşmış “AzProtein Foods Group” kompleksinə tur təşkil edib.

Turda iştirak edən jurnalistlər istehsal prosesi və keyfiyyətə nəzarət sistemi ilə yerində tanış olmaq imkanı əldə ediblər. Müəssisəyə ekskursiyanı layihənin direktoru Seymur Əhmədov və “McDonald's Azərbaycan” şirkətinin Təchizat və Keyfiyyətə nəzarət üzrə direktoru Anar Osmanov aparıb.

Anar Osmanovun sözlərinə görə, istehsalın lokallaşdırılması yerli istehsalın inkişafına və fasiləsiz təchizatın sürətlənməsinə yönəlib ki, bu da məhsulun sabit keyfiyyətini təmin etməyə imkan verir: “Əvvəl kimi kotletlərin hazırlanması üçün heç bir qatqısız, 100% təbii mal ətindən istifadə olunur. “AzProtein Foods Group” ilə əməkdaşlıq “McDonald's Azərbaycan”ın bütün restoranlarını fasiləsiz olaraq yerli istehsal olan ət kotletləri ilə təmin etməyə imkan verir.

Mətbuat üçün turun iştirakçılarına məlumat verildi ki, layihədə həm beynəlxalq, həm də yerli ekspertlər iştirak edib. Onların birgə işi “McDonald's”ın qlobal standartlarını yerli şəraitlə bağlı dərin biliklərlə birləşdirməyə imkan verib. Bunun sayəsində layihənin planlaşdırılması və başladılmasından xammal və məhsulun keyfiyyətinə nəzarətə qədər bütün mərhələlərdə ciddi nəzarət və beynəlxalq tələblərə uyğunluq təmin edilib. Bundan əlavə, “McDonald's” üçün ayrıca istehsal zonası ayrılıb. Müəssisədə müntəzəm olaraq planlaşdırılmış və planlaşdırılmamış beynəlxalq auditlər keçirilir ki, bu da onun şəbəkənin yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu təsdiq etməyə imkan verir.

“McDonald's Azərbaycan üçün ixtisaslaşdırılmış istehsal müəssisəsinin yaradılması ət emalı sənayesi üçün mühüm addım oldu. Biz xammalın qəbulundan hazır məhsulun qablaşdırılmasına qədər hər mərhələdə beynəlxalq standartlara və “halal” normalarına tam uyğun olaraq ciddi keyfiyyət nəzarətini təmin etdik”, - Seymur Əhmədov xüsusilə vurğulayıb.

Bildirək ki, “AzProtein Foods Group”un istehsal proseslərinin "halal" normalarına uyğunluğu “AzeSERT HALAL” sertifikatlaşdırma orqanı tərəfindən rəsmi olaraq təsdiqlənib. Nəzarət xammalın qəbulundan və heyvanların yemlənməsindən tutmuş məhsulun emalı və qablaşdırılmasına qədər bütün mərhələləri əhatə edir. Bütün prosedurlar xüsusi hazırlıq keçmiş personal tərəfindən daimi nəzarət altında saxlanılır, mütəmadi olaraq xarici auditorlar və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlanılır ki, bu da məhsulun yüksək keyfiyyət səviyyəsini təmin edir.

Qeyd edək ki, heyvanlar Azərbaycanda optimal saxlanma şəraitində yetişdirilir, təbii yemlə qidalanır və daimi baytarlıq nəzarəti altında olurlar. Yalamadakı otlaqlardan onlar Buzovnadakı fermaya çatdırılır. Burada qulluq prosesi davam etdirilir, keyfiyyətə və təhlükəsizliyə dair bütün tələblərə ciddi şəkildə riayət olunur. Hər heyvanın AQTA tərəfindən verilmiş öz identifikasiya nömrəsi var ki, bu da onun kəsilmə anına qədər bütün yaşama dövrünü izləməyə imkan verir. Kəsilmədən əvvəl bütün mərhələlərə AQTA-nın baytar həkimləri tərəfindən nəzarət olunur və sənədləşdirilir.

Yuxarıda da qeyd edildiyi kimi, “AzProtein Foods Group” ət emalı zavodunda “McDonald's Azərbaycan” üçün xüsusi istehsal zonası ayrılıb. Hər ət partiyası keyfiyyət və təhlükəsizlik yoxlamasından keçir, yalnız bundan sonra kotletlər hazırlanır. Hazır məhsul temperatur rejiminə nəzarət olunmaqla qablaşdırılır və “McDonald's”ın Mərkəzi Logistika Mərkəzinə, oradan isə şəbəkənin restoranlarına göndərilir.

Tur zamanı jurnalistlərə həmçinin bildirildi ki, mal əti istehsalının lokallaşdırılmasına keçid etməklə “McDonald's Azərbaycan” burgerlərin dəyişilməz tərkibini qoruyub saxlamağa nail olub. Əvvəlki kimi kotletlərin hazırlanması üçün heç bir qatqısız, 100% təbii mal ətindən istifadə olunur, duz və istiot isə artıq birbaşa restoranda hazırlıq mərhələsində əlavə edilir.

Ümumilikdə, ət tədarükünün lokallaşdırılması “McDonald's Azərbaycan”ın ölkədə dayanıqlı tədarük zəncirinin inkişafı strategiyasının vacib mərhələsi oldu. Tədbirdə vurğulanıb ki, şirkət yerli istehsalçılarla əməkdaşlığı davam etdirməklə, qeyri-neft sektorunun inkişafına, aqrar-sənaye kompleksinin gücləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər