Şəkidəki şirniyyat evində stəkana tüpürən qız danışıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidəki şirniyyat evində stəkana tüpürən qız danışıb

09:23 - Bu gün
Şəkidəki şirniyyat evində stəkana tüpürən qız danışıb

Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evində xanım əməkdaşın müştərilərə qarşı qeyri-etik davranışı ilə bağlı görüntülər yayılıb.

1news.az Xəzər TV-yə istinadla xəbər verir ki, videodakı qızın sözlərinə görə, həmin hərəkəti rəfiqələrinə zarafat məqsədilə edib.

Məsələ ilə bağlı şirniyyat evi ilə əlaqə saxlanılıb. Obyektin rəhbəri Etibar Nəsibov qeyd edib ki, məsələ barədə xəbərdar olduqdan sonra həmin şəxs töhmət alaraq işdən çıxarılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər