İlham Əliyev: “Qarabağ” xalqımızı qürurlandırmaqda davam edir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: “Qarabağ” xalqımızı qürurlandırmaqda davam edir

Qafar Ağayev09:17 - 02 / 10 / 2025
İlham Əliyev: “Qarabağ” xalqımızı qürurlandırmaqda davam edir

Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər