Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlanıb

Qafar Ağayev11:43 - 03 / 10 / 2025
Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər