Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb - YENİLƏNİB

13:53 - Bu gün
Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Xocalı rayonunun Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Təzəbinə kəndinə 27 ailə - 117 nəfər köçürülüb.

12:54

Xocalı rayonunun iki kəndinə növbəti köç karvanı yola düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Təzəbinə kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şuşakənd kəndinə 27 ailə - 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə - 117 nəfər köçürülüb.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər