Çalışdıqları şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çalışdıqları şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

12:03 - 14 / 10 / 2025
Çalışdıqları şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakının Suraxanı rayonunda çalışdıqları şirkətdən 7 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7 min manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
346

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər