Samuxda teplovoz yanıb - YENİLƏNİB

Samux rayonunun Alabaşlı qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun 4-cü mühərriki yanıb.
1news.az FHN-ə istinadən xəbər verir ki, teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
14:25
Samuxda yanğın qeydə alınıb.
1news.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Belə ki, Bakı-Böyük-Kəsik dəmiryolu xəttində hərəkətdə olan teplovozda anidən yanğın olub. Dərhal əraziyə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.
85