Xırdalanda gəncin qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB

Xırdalanda xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə 1news.az-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
11:43
Abşeronda 20 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
1news.az-ın "Report"a istinadən əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən, 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.