İrandan Azərbaycana PUA vasitəsilə narkotik tərkibli həblərin keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana PUA vasitəsilə narkotik tərkibli həblərin keçirilməsinin qarşısı alınıb

12:43 - Bu gün
İrandan Azərbaycana PUA vasitəsilə narkotik tərkibli həblərin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılan sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli həbin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən 1news.az-a verilən məlumata görə, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər