Binəqədidə hotelin işçilərinin ölümü ilə bağlı cinayət işi başlanılıb - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə hotelin işçilərinin ölümü ilə bağlı cinayət işi başlanılıb - ADLAR

Qafar Ağayev14:29 - Bu gün
Binəqədidə hotelin işçilərinin ölümü ilə bağlı cinayət işi başlanılıb - ADLAR

Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev
2007-ci il təvəllüdlü Əkbər Zeynalov hotel qarşısında iş gördükləri zaman elektrik cərəyanı vurması nəticəsində həlak olublar.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb, istintaq davam edir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər