Abşeronda avtomobil aşıb, ölən var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda avtomobil aşıb, ölən var - VİDEO

Qafar Ağayev10:28 - Bu gün
Abşeronda avtomobil aşıb, ölən var - VİDEO

Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda yol qəzası baş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən xəbərə görə, hadisə noyabrın 26-da baş verib.

“Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

"Sürücülər, xahiş edirik — sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", BDYPİ-dən bildirilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər