Özünü vəzifəli şəxs kimi qələmə verib dələduzluq edən şəxs saxlanıldı
Ağsuda özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən şəxs saxlanılıb.
1news,az xəbər verir ki, Ağsu RPŞ-nin keçirdiyi tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər də dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb.
Bildirilib ki, o özünü vəzifəli şəxs kimi təqdim edərək müxtəlif vədlərlə zərərçəkmişlərdən bank kartına pul göndərməsini tələb edib.
Q. Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23 sutka inzibati qaydada həbs olunub.
52












