Zəka Mirzəyev: Pensiya kapitalını vaxtından əvvəl almaq dünyada təcrübəsində mövcud deyil
“Pensiya kapitalını vaxtından əvvəl almaq dünyada təcrübəsində mövcud deyil”.
1news.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında pensiya kapitalının vaxtından əvvəl alınması ilə bağlı məsələyə aydınlıq gətirib.
O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, pensiya kapitalı – şəxsin fərdi hesabının sığorta hissəsində yığılan vəsaitlərdir:
“Bu vəsait yalnız pensiya hüququ yarandıqda istifadə oluna bilər. Beynəlxalq təcrübədə məcburi dövlət sığortası üzrə yığılan vəsaitlərin vaxtından əvvəl alınması halları mövcud deyil. Gələcəkdə əgər özəl pensiya fondları haqqında qanun qəbul olunacaq və əlavə ödənişlər nəzərdə tutulacaqsa, bu məsələ yenidən nəzərdən keçirilə bilər”, – deyə DSMF sədri qeyd edib.
Faiqə Məmmədova











