Neftin qiyməti 66 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti 66 dollara yaxınlaşıb

13:02 - Bu gün
Neftin qiyməti 66 dollara yaxınlaşıb

Qlobal əmtəə bazarlarında neft bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin cari ilin mart müqaviləsi üzrə qiyməti 1,71 ABŞ dolları və ya 2,88% artaraq 1 barel üçün 61,07 ABŞ dolları səviyyəsinə yüksəlib.

ICE London birjasında isə Brent markalı xam neftin mart ayı müqaviləsi üzrə qiyməti 1,82 ABŞ dolları və ya 2,84% artaraq 65,88 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neft qiymətlərindəki artım bazarlarda tədarük riskləri ilə bağlı gözləntilərin güclənməsi və enerji sektorunda ümumi müsbət dinamika fonunda baş verib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər