Xocalının Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalının Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb

12:55 - Bu gün
Xocalının Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Yanvarın 26-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər