Azərbaycan Aİ ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Aİ ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Qafar Ağayev12:32 - Bu gün
Azərbaycan Aİ ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Aİ-nın Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə yenidən görüş xoş oldu. Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr apardıq, Aİ-nin Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə dəstək imkanlarını dəyərləndirdik", - deyə o qeyd edib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər